Qusar: Yerği Kek- Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi

Yerği Kek kəndi Azərbaycanın Qusar rayonunda, Böyük Qafqaz dağlarının Yan silsiləsi olan Şahdağın ətəyində, təbiətin qoynunda yerləşən füsunkar bir dağ kəndidir. Kənd Qusar şəhərindən təxminən 60 km məsafədə, dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşərək, Azərbaycanın ən yüksək yaşayış məntəqələrindən biri hesab olunur.

Qusar: Yerği Kek- Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi

Yerği Kek kəndinin iqlimi sərt dağ iqlimidir. Yay ayları sərin, qış isə uzunmüddətli və qarlı keçir. Kəndin ətrafında saf sulu çaylar, büllur bulaqlar və geniş yaşıl yaylaqlar mövcuddur ki, bu da Yerği Kekin mənzərəsini daha da füsunkar edir.

Qusar: Yerği Kek- Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi

Tarixi baxımdan Yerği Kek qədim yaşayış məskənlərindən biri hesab olunur. Burada əsrlər boyu formalaşan yerli mədəniyyət, qədim yaşayış izləri və unikal ənənələr qorunub saxlanmışdır. Kəndin əhalisi əsasən ləzgilərdən ibarətdir. Onlar tarixən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olmuş, öz unikal həyat tərzlərini nəsildən-nəslə ötürmüşlər.

Qusar: Yerği Kek- Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi

1999-cu ildə ölkədə inzibati bölgünün yenidən strukturlaşdırılması nəticəsində Yerği Kek kəndi Sudur kənd inzibati-ərazi vahidindən ayrılaraq ayrıca kənd statusu almışdır. Bu gün kənd, Azərbaycanın ən yüksək dağ kəndi olaraq, həm yerli turistlər, həm də macəra həvəskarları üçün maraqlı bir səfər məkanıdır.

Tamella Mehmandarova

Tamella Mehmandarova

Tamella Mehmandarova

Telefon
Elektron poçt

Ən son yeniləmə üçün bülletenimizə abunə olun

logo

Biz təbiətlə iç-içə şövqlə işləyən komandayıq. Turlar təşkil edərək təbiətin sehri ilə macəra axtarışında olan hər kəsi bir araya gətiririk. Peşəkarlıqla və həvəslə hazırladığımız turlarla unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik.

Bizi İzlə:
Əlaqə

© Azerbaijan Mountain Guide 2025