Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Hər növ təbiət idmanı üçün geyimləriniz bədən istiliyinizi ideal səviyyədə saxlayaraq təhlükəsiz və rahat bir fəaliyyət keçirməyinizə şərait yaradır. Həmçinin, geyimlərinizin xüsusiyyətləri sizi təbiətdəki temperatur dəyişikliklərindən qoruyur və bu dəyişikliklərə uyğunlaşmağınızı asanlaşdırır. Geyimlər rahat, funksional, isti saxlayan, tez quruyan, yüngül və həcmi kiçik olmalıdır. Buna görə də, təbiət idmanlarında üç fərqli qatdan ibarət bir geyim sistemi seçilməlidir.

Geyimin məqsədi:
  • İzolyasiya yaratmaq

  • Rahat və təhlükəsiz olmaq

  • Bədən istiliyini stabil saxlamaq

3 qatlı geyim sistemi:
  1. Daxili qat (Termal Astar) - Nəmi bədəndən uzaqlaşdırır.

  2. Orta qat - İstilik izolyasiyasını təmin edir.

  3. Xarici qat - Yağış və küləkdən qoruyur.

Yürüş Ayaqqabısı:

Yaxşı yürüş ayaqqabısı ayağa və ayaq biləyinə yetərli dəstək verməli, sürüşkən və ya qeyri-bərabər yerdə yaxşı dayana bilməlidir. Ayağı qayalardan qoruya bilməli və eyni zamanda rahat yeriyə biləcək qədər elastik olmalıdır. Su keçirməz olmalıdır. Aldığınız ayaqqabını yürüşə getmədən öncə şəhərdə geyinib yoxalamaq vacibdir. İdman ayaqqabıları sizə yetərli olmaya bilər.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Corablar:

Gəzintiyə çıxdığınız zaman adi corablarınızdan deyil, yürüş corablarından istifadə etməyi tövsiyə edirik. Corablar uc və daban hissəsi möhkəmləndirilmiş, boğazı ayaqqabının boğazından uzun, ayaqqabı içində yığılmayan, sürətli quruyan polyester, tərləməyən, isti və dözümlü olmalıdır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Tozluq:

Xüsusilə, qarlı yürüşlərdə botun içinə qar dolmasının və şalvar ətəklərinin islanmasının qarşısını alan bir ləvazimatdır. Tozluq, sıx kolların olduğu və çox tozlu ərazilərdə də faydalıdır. Bot və şalvar arasındakı bilək hissəsini qoruyur, içəriyə çalı-çırpı və toz girməsinə mane olur. Həmçinin, ayaq biləyini az aşan dayaz sulardan sürətlə keçmək şərtilə botun içinə su dolmasının da qarşısını böyük ölçüdə alır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar
Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Termo içlik :

Çox tər tutmur. Daxili təbəqə üçün ən uyğun parçalardır. Qaşıntı və ya pis qoxu kimi mənfi təsirləri yoxdur. Termal alt paltar təri yaxşı ötürən yüksək keyfiyyətli daxili təbəqə paltarıdır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Yürüş şalvarı:

Yürüş üçün xüsusi olaraq istehsal edilən şalvar seçmək hərəkət zamanı sizi rahat edəcək. Alacağınız yürüş şalvarının nəfəs alan parçalardan və tez quruyan xüsusiyyətə malik olmasına diqqət etməlisiz.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Polar:

Soyuq havalarda sizi soyuqdan qorumağa kömək edəcək orta qatlı geyimdir. Yüngül bir quruluşa sahib olan polar çox isti saxlayır və islandığında tez quruyur.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar
Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Küləklik və ya yağmurluq:

Tərli halda küləkdə qala bilərsiniz, belə bir halda bir küləklik həyati əhəmiyyət daşıyacaqdır. Hava birdən dəyişə bilər və yağış yağmağa başlaya bilər, yanınızda gətirdiyiniz yağmurluq, xüsusilə ən yaxşısı olan bir panço sizi qoruyacaqdır. Pançolar hətta çadır kimi də istifadə oluna bilər. Təbiətdə zəmanət yoxdur. Zəmanətinizi özünüz təmin etməyə çalışın.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Üst gödəkcə:

Son qat, gödəkçələr suya və küləyə davamlı olmalıdır. Bundan əlavə, təbiətdə lazım olanda diqqəti cəlb etmək üçün canlı rənglərdə gödəkçə seçməyi tövsiyə edirik.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Papaq və Bandana:

Yaz-qış tələb olunur. Çox soyuq bir mühitdə istilik itkinizi minimuma endirə bilərsiniz. Geniş kənarlı papaqlar yay-qış üçün idealdır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar
Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Şapka:

Yay/Qış vacibdir. Bir şapka ilə günəş altında ən azı iki saat daha çox qala bilərsiniz. Çox soyuq mühitdə isə istilik itkisini minimum səviyyədə saxlaya bilərsiniz. Geniş kənarlı şapkalar yay/qış üçün idealdır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar
Bel çantası:

Yayda daha kiçik, qışda isə bir qədər böyük çanta istifadə olunur. Yayda çantaya qoyulacaq ləvazimatların miqdarı qışa nisbətən az olduğu üçün 35 litrlik çanta kifayətdir. Qışda isə 40 litrdən başlayan çantalar daha uyğundur. Çantanızın yanlarında mütləq su şüşəsi və ya termosa uyğun cib olmalıdır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Alın fənəri:

Yanınıza mütləq bir əl fənəri götürməyə çalışın. Əgər düşərgə quracaqsınızsa, bu, artıq məcburidir. Ehtiyat batareyaları da unutmayın. Üstünlük alın fənərinə verilməlidir, çünki əllərin boş qalması həm rahat işləməyi, həm də təhlükəsizliyi təmin edir. Gecəyə qala bilərik və yürüşə davam etməli olduğumuz halda, bir əldə əl fənəri, digərində isə batonu saxlamaq çətin olacaq. Yıxılma ehtimalında isə hər iki əlin boş olması vacibdir.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Yürüş çomaqları:

Yürüş çomaqları üçün əsas avadanlıqlardandır, amma bu gün daha fərqli modellərdə (uzadıla və qısaldıla bilən teleskopik) istehsal olunanları artıq dağçılar və yürüyüşçülər də tez-tez istifadə etdikləri dəstək avadanlıqlarına çevrilmişdir. Çantalı və ya çantasız yürüyüşlərdə, xüsusilə uzun məsafəli yürüyüşlərdə yorğunluğu azaltmağa, bədənimizin yükə olan ağırlığını balanslaşdırmağa kömək edən və artıq zəruri hala gəlmiş bir köməkçidir.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Cib bıçağı:

Yemək, ip kəsmək kimi fərqli istifadələr üçün lazımlıdır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Kibrit və ya alışqan:

Od qalamaq niyyətiniz olsun-olmasın, hər ehtimala qarşı yanınıza kibrit və ya alışqan götürməyi unutmayın.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Fit:

Fitin çıxardığı səs sizin səsinizdən daha uzağa gedir, həmçinin təcili vəziyyətdə çalacağınız fiti səs tellərinizi yormaz. Fiti bir ip vasitəsilə çantanızın bir yerinə bağlamağınız ağıllı seçim olar, beləliklə ona daha asan çata bilərsiniz.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Dodaq  – Günəş Kremi:

Günəşin yandırıcı təsiri ilə yanaşı, zərərli UV şüalarına da məruz qalırıq. Bu istinin quruducu təsirindən və UV şüalarının zərərli təsirlərindən minimum dərəcədə qorunmaq üçün dodaqlarımızı və dərimizi yüksək UV qoruyuculu kremlərlə mühafizə etməliyik. Yürüş zamanı tərləyəcəyimiz üçün xüsusilə üzümüzdə yığılan tər damlaları linza effekti yaradaraq dəri üzərində qəhvəyi ləkələrin yaranmasına səbəb ola bilər. Məhz yüksək UV qoruma faktorlu dodaq və günəş kremləri bunu minimuma endirəcək, hətta tamamilə qarşısını alacaqdır.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Gün eynəyi:

İstər günəş altında, istərsə də qar içində yürüş edərkən gözləriniz yorulacaqdır. Günəş və qar həm gözləri qamaşdıraraq yorur, həm də zərərli UV şüaları yayır. Harada olursanız olun, yürüşlərinizə mütləq gün eynəyinizi götürün. Yorğun gözlər baş ağrısına və ümumi yorğunluğa səbəb ola bilər. Gün eynəyinizi ən yüksək qoruma faktorlu modellərdən seçin.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Su qabı (alüminium olmalıdır):

Yanınızda daşıdığınız su bitə bilər, təmiz su mənbəyi tapdığınızda bir su qabına ehtiyacınız olacaq. Həmişə bir su qabına sahibi olmaq, plastik şüşə ilə su daşımaqdan daha yaxşıdır. plastik şüşəsinin özünü tullantı kimi göstərmək və atmaq xüsusiyyəti yaxşı bilinən bir gerçəklidir.

Bir günlük təbiət yürüşlərində lazım olan ləvazimatlar

Qidalanma və Su:

Qidalanma:

Enerji mənbəyi olaraq quru meyvə, qoz-fındıq, şokolad və sendviç kimi qidalar sərf olunmalıdır.

Enerji balansı:
  • 60-65% karbohidrat

  • 25-30% yağ

  • 10-15% zülal

Su:

Minimum 1 günlük su ehtiyatı öncədən görülməlidir.

Təhlükəsizlik və Hazırlıq :

İlk yardım dəsti:

Evimizdə, avtomobilimizdə, iş yerimizdə mütləq kiçik bir ilk yardım dəsti olmalıdır.

Hiking sevənlər üçün bu məlumatlar səyahətlərinizin daha rahat və təhlükəsiz olmasına yardım edəcək! Pis hava yoxdur, yanlış geyim var! Təbiətdə hər hava şəraitinə uyğun hazırlanmaq lazımdır. Su keçirməyən, istilik saxlayan və yüklük yaratmayan geyimlər sizi təbiətdə daha güvənli hiss etdirməyə imkan verir.

Babək Orabanlı (İsgəndərov)

Babək Orabanlı (İsgəndərov)

Babək Orabanlı (İsgəndərov) peşəkar dağçı, dağ bələdçisi və təlimçidir. 1986-cı ildə Şəki rayonu Oraban kəndində anadan olub və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman Turizmi” ixtisasından məzun olub. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən “Dağçılıq Məktəbi”-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinın nəzdində yerləşən “Ekosport” İdman Klubunun rəhbəri olub. Türkiyə Dağçılıq Federasiyasının dağçılıq, qayayadırmanma, buzadırmanma, axtarış-xilasetmə və Beynəlxalq Dağçılıq Federasiyasının dağ bələdçisi kurslarını bitirib. Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü dağına qışda solo dırmanan ilk Azərbaycanlı dağçıdır. İllər ərzində Azərbaycanın yüksək zirvələri və Lenin (7134 m), Elbrus (5642 m) , Ağrı dağı (5134 m), Savalan (4811 m) zirvələrdə olub.

Telefon
Elektron poçt

Ən son yeniləmə üçün bülletenimizə abunə olun

logo

Biz təbiətlə iç-içə şövqlə işləyən komandayıq. Turlar təşkil edərək təbiətin sehri ilə macəra axtarışında olan hər kəsi bir araya gətiririk. Peşəkarlıqla və həvəslə hazırladığımız turlarla unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik.

Bizi İzlə:
Əlaqə

© Azerbaijan Mountain Guide 2025