Azərbaycan, Sım kəndi
Azərbaycan, Sım kəndi
Azərbaycan1 gün
hiking
Asan
6-12
Azərbaycan, İngilis
İcmal
Sım kəndi ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Əhalisi talışlardır. Kəndin adı talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Tarixi tam olaraq araşdırılmasa da kənddə olan qəbirstanlıqlardan aydın olur ki, kəndin tarixi qədimdir. Kənddə fərqli tarixləri özündə birləşdirən 12 qəbirstanlıq vardır. Kəndin ən qədim məskəni Ute məhəlləsində yerləşən, 10 hektar ərazini əhatə edən dərinliyi 30, uzunluğu isə 40 sm olan daş oyuqlar hələ orta əsrlərdə buranın yaşayış məskəni olduğunu sübut edir. Kəndin mərkəzi yüksəkliyi 550 metrdir. Əhalinin əsas məşğuliyyəti arıçılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıqdır.
Öhdəliklər və əlavələr
- Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı da götürə və götürdüyünüz əlavə əşyaları maşında saxlaya bilərsiniz.
- Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
- 1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.
Önə çıxanlar
- Talışların yaşadığı, müxtəlif tarixi məzarlıqlarla tanınan Sım kəndinə səfər edin.
- Qədim yaşayış məskənlərini göstərən orta əsr daş oymaları təqdim edən Ute məhəlləsini gəzin.
- Sım kəndi
- Talış məskəni
- Ute məhəlləsi
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.