Azərbaycan, Təzəkənd - Şəkər dağlar- Bəybəyim yüksəkliyi
Azərbaycan, Təzəkənd - Şəkər dağlar- Bəybəyim yüksəkliyi
Azərbaycan1 gün
hiking
Asan-orta
6-12
Azərbaycan, İngilis
İcmal
Xızı dağları - Xızı rayonundakı Qafqaz dağlarının ətəklərinin heyrətamiz çəhrayı-ağ yamacları onlara “Şəkər qamışı dağları” adını qazandırıb. Azərbaycanın ən mənzərəli yollarından biri Bakı - Quba yolunun 40-cı kilometrindən Altıağaca doğru gedir. Bu yolla gedərkən qırmızı, narıncı, tünd qəhvəyi və çəhrayı rənglərə boyanmış çox da hündür olmayan, amma gözəlliyi ilə göz oxşayan çox sayda dağlar görəcəksiniz. Məhz bu dağlar Azərbaycanda çox məşhur olan Xızı dağlarıdır. Bu məftunedici rənglərin yaranmasının səbəbi qrunt sularının təsiri ilə qayaların tərkibindəki dəmirin oksidləşməsidir.
Xızı dağları unikal təbiət hadisəsidir. Bu gözəlliyi öz gözünüzlə görmək və ən əsası da, hər kəsin bəyənəcəyi gözəl fotolar üçün bu dağlara baş çəkməlisiniz.
Öhdəliklər və əlavələr
- Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabı da götürə və götürdüyünüz əlavə əşyaları maşında saxlaya bilərsiniz.
- Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
- 1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır. Turun proqramında qeyd olun müddət şərti yazılmışdır. Qrupun yürüş tempinə görə artıb-azala bilər.
Önə çıxanlar
- Beşbarmaq dağı
- Xəzər dənizi
- Xızı dağları
- Bəybəyim dağı
- Qədim Keş kəndinin qalıqları
- Siyəzən dağları
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.