Dağlardan Qədim Şəhərlərə Unudulmaz Azərbaycan Turu (8Gecə/9Gün)
Dağlardan Qədim Şəhərlərə Unudulmaz Azərbaycan Turu (8Gecə/9Gün)
Azərbaycan9 gün
city and historical place tour
-
12-16
Azərbaycan, İngilis
İcmal
Unudulmaz bir səfərə çıxmağa hazırsınızmı? Xınalıq–Qrız–Laza–Kuzun trekking marşrutu ilə Azərbaycanın ən hündür dağ kəndlərini birləşdirən möhtəşəm bir macəraya qoşulun! Bu ecazkar marşrut sizə Böyük Qafqaz dağlarının qoynunda unikal mənzərələr təqdim edəcək. Vadilər, alp gölləri, sıx meşələr və vəhşi təbiətin nəfəskəsici gözəlliyi – hər addımda sizi yeni kəşflər gözləyir. Yol boyu qədim karvan yollarını, qala xarabalıqlarını və keşikçi qüllələrini kəşf edərək, əsrlərdir qorunub saxlanılan mədəniyyətlərin izlərini tapacaqsınız. Burada siz yerli xalqın qonaqpərvərliyi ilə tanış olacaq, onların ənənəvi mətbəxindən dadacaq və hekayələrini dinləyəcəksiniz. Trekking səyahətindən sonra Böyük Qafqazın şimalından cənubuna doğru qədim şəhərləri kəşf edərək macəranızı davam etdirəcəksiniz. Şamaxının tarixi məscidləri, Qobustanın minilliklərə şahidlik edən qayaüstü rəsmləri, Qəbələnin yaşıl vadiləri və Şəkinin nağılları xatırladan sarayları sizi əsrlər öncəyə aparacaq. Naftalanda bədəninizə və ruhunuza şəfa bəxş edən müalicəvi vannalarla yenilənəcək, daha sonra Bakının qədim abidələri və sərin gecə mehinin müşayiəti ilə turumuzu tamamlayacağıq. Bu macəra sizə yalnız gözəl mənzərələr deyil, həm də dərin duyğular, yeni dostluqlar və unudulmaz xatirələr bəxş edəcək. Özünüzü tapmaq, ruhunuzu təzələmək və həyatınızın ən maraqlı səyahətini yaşamaq üçün indi qoşulun!
Öhdəliklər və əlavələr
- İştirakçılar turumuza ən azı 30 gün əvvəl qeydiyyatdan keçməlidirlər.
- Tur başlamazdan 30 gün əvvəl iştirakçıların pasportlarının surətləri əsasında icazə alınır.
- Rezervasiyanın ləğvi tur tarixindən 30 gün əvvəl olduğu halda, ödənilən məbləğin 30%-i geri qaytarılır; 15 gün qalmış isə 50% məbləğ tutulur.
- Tur tarixindən 4 gün əvvəl edilən ləğvlər üçün ödəniş geri qaytarılmır.
- Tur lideri hava şəraiti, sosial hadisələr və ya digər mənfi hallar səbəbilə tur proqramını dəyişdirmək hüququna malikdir.
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.