Quba kəndləri trekking
Quba kəndləri trekking
Azərbaycan2 gün
trekking
Orta
6-12
Azərbaycan, İngilis
İcmal
Dağlara qışın gəlməsi ilə isti dağ kəndlərinin vaxtı yetişdi. İstəklərinizi nəzərə alaraq dünyada ən çox sevilən əyləncəli təbiət yürüşlərindən biri olan trekking ( təbiətdə bir neçə günlük) yürüş turlarımız başlayırıq. Trekking turları ən azı yürüş müddətində çadırda və ya evdə bir gecə qalmaqla həyata keçirilir. Bizim kəndlər arası trekking turumuzda gecəni Xınalıq kəndində qalacağıq. Qubanın dağ kəndlərinin tarixi yerlərini gəzəcəyik. Yürüşümüz boyu ölkəmizin ən yüksək zirvələrinə mənzərələr açılacaqdır. Kənd evində isiti peçin yanınada, isti yeməklərdən yeyərək isti söhbətlər edəcəyik. Bir günlük turlarımızda təbiətin hiss edib görə bilmədiyinizi mənzərələrini bu turumuzda görüb hiss edəcəyik. Bu gözəllikləri görüb hiss etməyi düşünürsünüzsə Qalaxudat-Qrız-Mıxtökən keçidi -Laza kəndləri arasında trekking turumuza dəvətlisiniz.
Öhdəliklər və əlavələr
- İştirakçılar tur üçün ən azı 30 gün əvvəl qeydiyyatdan keçməlidirlər.
- 1 həftə qalmış ləğv edənlərə 50% geri ödəniş, 3 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.
- Tur ərzində spirtli içki qadağandır!
- Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
- Turdan döndükdən sonra dəyişmək üçün əlavə paltar və ayaqqabıda götürə və götürdüyünüz əlavə əşyalar maşında saxlaya bilərsiz.
Önə çıxanlar
- Kənddən kəndə trekkinq turumuzda Qubanın tarixi dağ kəndlərini kəşf edin.
- Gəzinti zamanı Azərbaycanın ən yüksək zirvələrinin nəfəs kəsən mənzərələrini izləyin.
- Mıxtökən və Laza kəndlərindən keçməklə Qalaxudatdan Qrıza qədər trekkinq macərasına qatılın.
- Quba dağ macəraları
- Qalaxudatdan Qrıza Trekinq
- Laza kəndi
- Mıxtökən kəndi
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.