Xızı və Beşbarmaq dağı
Xızı və Beşbarmaq dağı
Azərbaycan1 gün
city and historical places
Asan
6-12
Azərbaycan, İngilis
İcmal
Bakıya kifayət qədər yaxın yerləşən Xızı rayonunun nadir heyrətamiz mənzərələri turistləri biganə qoymayacaq. Burada dağlar və dəniz arasındakı dəhliz ornitoloji turizmlə maraqlananlar üçün mühüm dayanacaqlardandır. Zəvvarların üz tutduğu Beşbarmaq dağı və meşələri ilə göz oxşayan Altıağac da Xızının ən çox ziyarət olunan məkanlarıdır.
Xızı dağları unikal təbiət hadisəsidir. Bu gözəlliyi öz gözünüzlə görmək və ən əsası da, hər kəsin bəyənəcəyi gözəl fotolar üçün bu dağlara baş çəkməlisiniz
Sirlərlə zəngin olan Beşbarmaq dağı xalqımız üçün müqəddəs ziyarətgahlardan biridir. Bura niyyət edib gələn insanlar öz arzularının çin olması üçün pənah gətirirlər.
Öhdəliklər və əlavələr
- Turun proqramında qeyd olun müddət şərti yazılmışdır.
- Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ləğv etmə haqqına malikdir.
- 1 günlük yürüşlərdə 3 gün qalmış ləğv edənlərə 50% geri ödəniş, 1 gün qalmış ləğv edənlərə isə ödəniş geri qaytarılmır.
Önə çıxanlar
- Bakıdan dağlıq Xızı rayonuna bir günlük tur
- Azərbaycanın bilinməyən hissəsini kəşf edin: Xızı Dağları
- Beşbarmaq dağına qalxıb bir çox ucqar kəndlərə baxın
- Cənnət bağında nahar edin
- Altıağac meşəsində gəzin
- Otelinizdən pulsuz gediş-dönüş nəqliyyatından həzz alın
Bu Paketi Bron Et
Mesajınız uğurla göndərildi.